ABŞ İrana qarşı gizli təxribat əməliyyatları hazırlayır – VENSDƏN İLGİC AÇIQLAMA
VİDEO

Tehran ticarət gəmilərinə hücumları davam etdirdiyi müddətcə ABŞ İranla danışıqları bərpa etməyəcək, eyni zamanda, Vaşinqton İrana təzyiq göstərmək üçün gizli təxribat əməliyyatlarından istifadəni mümkün hesab edir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunları ABŞ Vitse-prezidenti Cey Di Vens Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə deyib.

 

"Onlar ticarət gəmilərinə hücumları davam etdirdikləri müddətcə danışıqlar olmayacaq", - Vens deyib.

 

ABŞ-ın İrana qarşı gizli əməliyyatlar keçirməsi imkanı ilə bağlı sualı cavablandırarkən o bildirib ki, Vaşinqton təzyiqin bütün mümkün variantlarını nəzərdən keçirir.

 

"Mən yaxın aylarda və illərdə İranla məhz necə qarşılıqlı fəaliyyət göstərmək niyyətində olduğumuzu elan etməyəcəyəm, çünki bu, prezidenti qərar qəbul etmək üçün məkandan məhrum edəcək. Lakin biz bütün mümkün variantları - iqtisadi təzyiq, hərbi təzyiq, diplomatik təzyiq, gizli təzyiqi nəzərdən keçiririk", - Vens bildirib.

 

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın məhz hansı vasitəni seçəcəyini açıqlamayacaq.

Video sonradan əlavə olunub






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.