Netanyahu: İsrailin əsas məqsədi İranda hakimiyyət dəyişikliyidir
VİDEO

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkənin əsas xarici siyasət vəzifəsi İranda hakimiyyətin dəyişdirilməsidir və yaxın gələcəkdə buna nail olmaq tamamilə mümkündür.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Netanyahu bu barədə müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi Eyal Zamir və ordu rəhbərliyi ilə görüşündə bildirib.

 

"Mən bu təhlükəni birdəfəlik aradan qaldırmaq qabiliyyətimizə əminəm. Yəni Tehrandakı hakimiyyəti devirməyə. Bu, qarşımızda duran əsas məqsəddir, lakin ona nail olmaq artıq yaxındır. Bu, mümkünsüz deyil və tamamilə əlçatandır", - Netanyahu vurğulayıb.

 

Onun iddialarına görə, İran hazırda həmişə olduğundan daha zəifdir və sağ qalmaq uğrunda mübarizə aparır.

 

"Mən düşmənlərimizə deyirəm: bizimlə işiniz olmasın. Əgər nə isə öyrənmisinizsə, o da budur ki, bizimlə işiniz olmasın. Sizi məğlub etmək üçün gücümüz, qətiyyətimiz və daxili birliyimiz var", - baş nazir əlavə edib.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.