"Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər naziri Almaniyada görüş keçirəcəklər.
Senzor.az bildirir ki, görüş 17-19 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.
Toplantıya Yaponiya tərəfi sədrlik edəcək. Ukrayna məsələsi əsas müzakirə mövzusu olacaq. Xarici işlər orqanlarının rəhbərləri təcavüzü dayandırmaq və Ukraynaya dəstək vermək üçün Rusiyaya təzyiq göstərməkdə həmrəyliklərini bir daha nümayiş etdirəcəklər.
Bundan başqa, qarşılıqlı maraq doğuran digər mövzuların da müzakirəsi planlaşdırılır.
Qeyd edək ki, G7-yə ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiya daxildirlər.
Senzor.az