Sabah Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclasda yanvarın 21-də Stokholmda Quranın yandırılmasından sonra İsveçə qarşı planlaşdırılan diplomatik cavab tədbirləri nəzərdən keçiriləcək.
Toplantıda Ukrayna böhranının nizamlanması məsələsinə də toxunulacaq.
Bundan əlavə, hökumətin iclasında əsas daxili siyasi məsələ - Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin vaxtı müzakirəyə çıxarılacaq.