ABŞ Prezidenti Co Bayden fevralda Avropaya səfər etməyi planlaşdırır.
Senzor.az bildirir ki, bu barədə NBC-nin jurnalisti Coş Lederman Twitter hesabında öz mənbələrinə istinadən məlumat verib.
Baydenin Avropaya səfəri Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata başlamasının ildönümünə təsadüf edə bilər. Eyni zamanda, Amerika liderinin hansı Avropa ölkələrinə səfər etməyi planlaşdırdığı və Ukraynaya səfər edib-etməyəcəyi məlum deyil.
Qeyd edək ki, sentyabrın 9-da ABŞ dövlət katibi Entoni Blinken elan olunmamış səfərlə Kiyevə gəlib. Ukraynanın paytaxtında o, ABŞ-ın Avropaya iki milyard dollarlıq hərbi yardım ayırdığını bəyan edib. Səfər zamanı Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə yarım saata yaxın müzakirələr aparıb.