Xorvatiya Prezidenti Zoran Milanoviç Almaniya XİN başçısının Rusiya ilə müharibə barədə dediklərini şərh edib.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Prezident bildirib ki, Almaniyanın XİN başçısı Strasburqda ingiliscə çıxışı zamanı "biz bir olmalıyıq, çünki Rusiya ilə savaşırıq" deyib: “Mən bunu bilmirdim. Ola bilər ki, Almaniya yenə Rusiya ilə müharibə aparır. Onda onlara uğurlar, 70 il əvvəlkindən daha yaxşı nəticə əldə etsinlər".
Xorvatiya Prezidenti onu da vurğulayıb ki, Ukraynanı silahla təmin etməyin sülhə necə apara biləcəyini anlamır.