QDİƏT Tehranda Azərbaycan səfirliyinə hücumla bağlı bəyanat yayıb

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Tehranda Azərbaycan səfirliyinə edilmiş terror hücumu ilə bağlı bəyanat yayıb.


Bəyanatda insidentin terror hücumu olduğu vurğulanıb və buna görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməli olduğu qeyd olunub:


“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyi 2023-cü il yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə bir əməkdaşın qətlə yetirilməsi, bir neçə nəfərin yaralanması ilə nəticələnən terror hücumunu şiddətlə qınayır. Daimi Beynəlxalq Katiblik həlak olanın ailəsinə, Azərbaycan hökuməti və xalqına dərin hüznlə başsağlığı verir və yaralılara sürətlə sağalmalarını arzu edir.


Diplomatik missiyalara hücumlar tamamilə qəbuledilməzdir. Daimi Beynəlxalq Katiblik zorakılıq və terrorçuluğun istənilən təzahürünü rədd edir və bu terror aktına görə məsuliyyət daşıyanların tez bir zamanda ədalət qarşısına çıxarılacağına ümid edir”, - deyə bəyanatda bildirilib.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.