"Azərbaycan Hava Yolları" QSC (AZAL) Avropanın məşhur istiqamətinə - Barselonaya reysləri bərpa edir.
Senzor.az bildirir ki, bu barədə QSC-nin “fesybuk”dakı rəsmi hesabında məlumat verilib. ⠀
“Ən böyük turizm şəhərlərindən birinə ilk uçuşumuz mayın 2-nə planlaşdırılıb. Barselonaya uçuşlar həftədə iki dəfə, çərşənbə axşamı və bazar günü həyata keçiriləcək. Biletlər artıq www.azal.az saytında və mobil tətbiqində mövcuddur”, - deyə paylaşımda bildirilib.