Laçın-Xankəndi yolunda son vəziyyət: EKOAKSİYA DAVAM EDİR
FOTO

Havanın şaxtalı olmasına baxmayaraq, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc etiraz aksiyası bu gecə saatlarında da coşqu ilə davam edir.

 

Senzor.az bildirir ki, ekofəallar və könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən bir neçə dildə şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa, ekoloji terrora son qoyulmasına dəstək verməyə çağırırlar. 

 

Xatırladaq ki, fevralın 1-dən Azərbaycanın Rus İcmasının və Rus Gəncləri Assosiasiyasının üzvləri də Laçın yolunda ekofəalların dinc aksiyasına qoşulublar. Hazırda ekofəallarla birlikdə onlar da ekoloji terrorun dayandırılması ilə bağlı şüarlar səsləndirirlər.

 

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır. 

 

Fevralın 2-də gün ərzində ərazidən ümumilikdə 95 nəqliyyat vasitəsinin maneəsiz hərəkətinə şərait yaradılıb. Həmin nəqliyyat vasitələrinin 81-i Rusiya sülhməramlılarına məxsus təminat-təchizat, minik və yük avtomobilləri olub.

 

Digər nəqliyyat vasitələri isə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus olub. Onlar 6 minik və 1 yük avtomobili olmaqla səhər saatlarında Xankəndidən Laçın istiqamətinə keçid edib. Daha sonra BQXK-nın həmin avtomobilləri əks istiqamətə geri qayıdıblar. 

Bunlar bir daha göstərir ki, etirazçıların guya Laçın- Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yazılan və oradan da bütün dünyaya yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

 

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolundakı etiraz aksiyası 53 gündür davam edir.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.