Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulda İŞİD terror təşkilatının 15 tərəfdarını saxlayıblar.
Senzor.az bildirir ki, bu barədə CNN Türk xəbər yayıb.
Onlar Stokholmda Quranın yandırılması ilə bağlı aksiyadan sonra Qərb ölkələrinin konsulluqlarına və Türkiyədəki xristian və yəhudi vətəndaşların dini ibadət yerlərinə hücum etmək niyyətində şübhəli biliniblər.
Lakin istintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslərin İŞİD-lə əlaqələri olsa da, belə bir niyyətləri olmayıb.
Bununla belə, polisin əməliyyatları tamamlandıqdan sonra ədliyyəyə aparılan 15 şübhəli saxlanılıb.
Senzor.az