Beynəlxalq səyyahlar Laçında tikinti-quruculuq işləri ilə tanış olublar
YENİLƏNİB

Beynəlxalq səyyahlar Laçında tikinti-quruculuq işləri ilə tanış olublar.


"Report" xəbər verir ki, səyyahlar otuz ilə yaxın müddətdə işğal altında qalan Laçında törədilən dağıntılar barədə məlumatlandırılıb.


Bildirilib ki, işğal altında olmuş digər şəhər və rayonlarımız kimi, Laçın rayonu da erməni vandalizminə məruz qalıb, buradakı evlər, tarixi tikililər və abidələr dağıdılıb. Lakin işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada genişmiqyaslı tikinti işlərinə başlanılıb və işlər sürətlə davam etdirilir.


Səfər zamanı səyyahlar, həmçinin Laçın şəhərində inşa edilmiş evlərə baxış keçiriblər.


Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir. Üçgünlük səfər çərçivəsində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edən səyyahların növbəti dayanacağı Laçın rayonudur.

**13:38

Geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun Laçın şəhərinə səfəri başlayıb.


Senzor.az xəbər verir ki, səyyahlara Laçın şəhərində aparılan bərpa-quruculuq işləri, həmçinin yeni tikilən nümunəvi evlər barəsində məlumat verilib.


30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.


Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub.

Beynəlxalq səyahətçilər qrupunda hərb tarixi ilə yaxından maraqlanan səyyahlar, o cümlədən səyahətlər üzrə kitabları ilə tanınan müəlliflər yer alır.

Əvvəlki səfərlərdə olduğu kimi, bu dəfə də beynəlxalq səyahətçilərin azad edilmiş ərazilərə səfərində dünyamiqyaslı azərbaycanlı səyyah Mehrac Mahmudov onlara bələdçilik edir.


Xatırladaq ki, səyahətçilərin ötən gün işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Onlar dünən Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət ediblər.


Qeyd edək ki, bu səfər azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır. Beynəlxalq səyahətçilər 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən talan edilən, 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş əraziləri gəzməklə reallıqlarla, o cümlədən dünyanın biznes və turizm elitasının diqqətini cəlb edən Zəngəzur dəhlizi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı qazanırlar.

**10:42

İşğaldan azad edilmiş ərazilərimizdə səfərdə olan beynəlxalq səyyahlar qrupunun üzvləri fevralın 5-də Kəlbəcərə gəlib, rayonun Zülfüqarlı kəndində yerləşən İstisuda olublar.

 

Senzor.az bildirir ki, səyyahlara İstisu və işğal zamanı ermənilərin torpaqlarımızda, o cümlədən Kəlbəcərdə törətdikləri vəhşiliklər barədə məlumat verilib.

 

Qeyd edək ki, 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyanın səyyah elitasında yer alan nüfuzlu şəxslər daxildir.

 

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.