Türkiyədə zəlzələ zamanı çoxsaylı insan tələfatı ilə bağlı Şimali Kipr Türk Respublikasında da 7 günlük matəm elan edilib.
Senzor.az bildirir ki, bu barədə Şimali Kipr Prezidenti Ersin Tatar “Tvitter” hesabında yazıb.
“Allah millətimizə qüvvət versin. Allahdan həyatını itirən qardaşlarımıza rəhmət, yaralananlara şəfa diləyirəm”, - deyə o qeyd edib.
Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Zəlzələlər nəticəsində 2 379 nəfər həlak olub, yaralananların sayı isə 14 min 483 nəfərə çatıb. Təbii fəlakət zamanı 6 200-dən çox bina dağılıb.