Avropa Komissiyası və Avropa İttifaqı (Aİ) Şurası mart ayında zəlzələdən zərər çəkmiş Türkiyə və Suriya xalqları üçün donor konfransı təşkil edəcək.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə çərşənbə günü hazırda Aİ-yə sədrlik edən İsveç hökumətinin press-relizində məlumat verilib.
“Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və İsveçin baş naziri Ulf Kristersson bu həftə baş verən hadisələrdən sonra Türkiyə və Suriya xalqına dəstək məqsədilə beynəlxalq ictimaiyyətdən vəsait toplamaq üçün Ankara ilə koordinasiyalı şəkildə donor konfransı keçirmək niyyətində olduqlarını açıqlayıblar. Tədbir mart ayında Brüsseldə baş tutacaq”, - deyə məlumatda bildirilir.