Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyinin həyata keçirdiyi araşdırma nəticəsində haqlarında məlumat alına bilinməyən 4 Azərbaycan vətəndaşının - Səfərov Fuad Ziyad oğlu, Əsgərov Həsənqulu Elşad oğlu, Qarayev Nicat Zaur oğlu və Vəliyev Namaz Allahverdi oğlunun Malatya Geri göndərmə mərkəzində olduqları müəyyən edilib.
Senzor.az Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən bildirir ki, səfirlik əməkdaşları tərəfindən həmin Azərbaycan vətəndaşları ilə görüş keçirilib. Vətəndaşlar səhhətlərinin normal olduğunu bildiriblər.