Ölkəmizin dörd bir yanındakı hotellərimizdə, yataqxanalarımızda, qonaq evlərimizdə zəlzələdə evlərini itirən vətəndaşlarımıza qalmaq üçün yerlər təşkil etmişik.
Senzor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfadakı çıxışı zamanı deyib.
"460 000 vətəndaşımız Təhsil Nazirliyinə bağlı məktəblərə, yataqxanalara, təcrübə hotellərinə və müəllim evlərinə yerləşdirilib. Digər müvəqqəti sığınacaq mərkəzlərində isə ümumilikdə 1 milyon 100 min insan var", – Ərdoğan əlavə edib.
**16:00
Türkiyənin zəlzələ baş verən 10 əyalətində yayadək təhsil distant formada həyata keçiriləcək.
Senzor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbakıra səfəri zamanı çıxşında məlumat verib.
“Universitetlərimizin hamısının yataqxanaları zəlzələdən əziyyət çəkənlərə xidmət edəcək”, – prezident qeyd edib.
**15:54
Ölü və ya diri heç bir vətəndaşımızı dağıntı altında qoymayacağıq.
Senzor.az xəbər verir ki, bunu Diyarbəkirdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, ən qısa zamanda bərpa işlərinə başlayacağıq: “Yenidənqurma üçün planları qururuq. 1-2 həftə ərzində sürətlə yenidənqurmaya başlayacağıq”.