Türkiyədəki zəlzələ bölgəsindən Azərbaycan vətəndaşlarının təxliyəsi ilə bağlı “qaynar xətt” yaradılıb.
Senzor.az bildirir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
“Zəlzələdən zərər çəkmiş bölgələrdə məskunlaşmış Azərbaycan Respublikası vətəndaşları təxliyə üçün +90 535 577 61 68 nömrəli “qaynar xətt” vasitəsilə səfirliklə əlaqə saxlaya bilərlər. Təxliyə yalnız zəlzələ bölgəsinə aiddir!”, - deyə məlumatda qeyd olunub.