Türkiyə-Ermənistan sərhədi 35 ildən sonra ilk dəfə açıldı
ZƏLZƏLƏ BÖLGƏSİNƏ HUMANİTAR YARDIM ÇATDIRMAQ ÜÇÜN

Türkiyə-Ermənistan sərhədindəki “Əlican” keçid məntəqəsi son 35 ildə ilk dəfə episentri Türkiyənin Qəhrəmanmaraş bölgəsi olan zəlzələ bölgəsinə humanitar yardım çatdırmaq üçün açılıb.

 

Senzor.az “Anadolu”ya istinadən bildirir ki, Ermənistanda toplanan humanitar ləvazimatlar şənbə günü 5 yük maşını ilə Ermənistan nümayəndə heyətinin üzvləri ilə birlikdə keçid məntəqəsindən Türkiyəyə aparılıb.

 

Ermənistan nümayəndə heyətini Türkiyənin İqdır vilayətində Silahlı Qüvvələrin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri qarşılayıblar. Nümayəndə heyəti lazımi prosedurları yerinə yetirdikdən sonra fəlakət zonasına yollanıb.

 

Xatırladaq ki, Türkiyə-Ermənistan sərhədindəki “Əlican” keçid məntəqəsindən 1988-ci ildə baş verən zəlzələ zamanı Ermənistana humanitar yüklərin çatdırılması üçün istifadə olunub. O vaxt Türkiyə Qızıl Aypara Cəmiyyəti vasitəsilə toplanan yardımlar Ermənistandakı fəlakət zonasına çatdırılmışdı.

 

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç “Tvitter” hesabında erməni həmkarı Ruben Rubinyana təşəkkür edib.

 

“Bu gün səhər saatlarında 28 nəfərdən ibarət axtarış-xilasetmə qrupu və texniki vasitələrlə yanaşı, erməni xalqının topladığı 100 ton humanitar yardım (ərzaq, dərman və su) olan 5 yük maşını da bu gün səhər saatlarında Əlican keçid məntəqəsindən keçib. Adıyaman vilayətinə yardım göndərilib”, - diplomat yazıb.

 

Öz növbəsində Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan bildirib ki, humanitar yardım daşıyan yük maşınları Ermənistan-Türkiyə sərhədini keçərək fəlakət zonasına doğru istiqamət alıb. Rubinyan sosial şəbəkədə yazıb: “Kömək edə bildiyimə görə şadam”.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.