Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkən Hatayın Antakya rayonunda 23 yaşlı əqli qüsurlu Hüseyn Seferoğlu dağıntılar altından xilas edilib.
Anadolu Agentliyi bildirir ki, zəlzələdən zərər çəkən Antakyada axtarış-xilasetmə işləri fasiləsiz davam edir.
Zəlzələnin 155-ci saatında əqli qüsurlu olduğu bildirilən 23 yaşlı Hüseyn Seferoğlu Jandarma Axtarış-Xilasetmə qruplarının səyləri ilə dağıntıları altından xilas edilib.
Səhiyyə personalına təhvil verilən Seferoğlu müalicə altına alınıb.
**14:10
Türkiyədə 152 saat sonra dağıntılar altından qadın və 8 yaşlı uşaq sağ çıxarılıb.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Adıyamanda 8 mərtəbəli binanın 4-cü mərtəbəsində dağıntılar altında qalan 8 yaşlı Hacı Ahmet Eyici xilas edilib.
Bununla yanaşı, Elitaş Mahallesi deyilən ərazidə dağıntılar altında qalan 22 yaşlı Rəbiyə adlı qadın xilas olub.
İlkin tibbi yardımdan sonra hər ikisi xəstəxanaya aparılıb.
**12:29
Türkiyənin Hatay bölgəsində baş verən zəlzələnin 150-ci saatında 3 yaşlı qız uşağı dağıntılar altından xilas edilib.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviterdə bildirib.
Zəlzələ nəticəsində dağılan binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir.
150. Saat müjdesi.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) February 12, 2023
Az önce ekipler tarafından kurtarıldı. Umut hep var! pic.twitter.com/I8TORK1lWn