Rusiya-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf edir.
Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Mayviyenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə bildirib.
Onun sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlıq strateji tərəfdaşlıq və müttəfiqliyin görünməmiş yüksək səviyyəsinə çatıb.
Federasiya Şurasının sədri əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına xüsusi dinamikanı prezidentlər verir.
Azərbaycan Milli Məclisinin isə çıxışında vurğulayıb ki, iki ölkə arasında münasibətlər sabitlik və dinamizm ilə xarakterizə olunur.
Valentina Matvienko və Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın işini səmərəli hesab ediblər.
Milli Məclisin sədri parlamentarilərin komitələr səviyyəsində qarşılıqlı fəaliyyətinin genişləndirilməsinin tərəfdarı olduğunu bildirib və belə bir formatın bütün parlament ölçüsünün inkişafına müsbət təsir edəcəyinə əminliyini bildirib.
Görüş iştirakçıları Rusiya-Azərbaycan müqavilə-hüquq bazasının möhkəmləndirilməsinə diqqət yetiriblər. Federasiya Şurasının rəhbəri ötən il məhsuldar olduğunu qeyd edib: “10 hökumətlərarası və qurumlararası saziş, o cümlədən Müttəfiq Əməkdaşlığı haqqında Bəyannamə imzalanıb. “Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılması müttəfiqliyin bariz nümunəsi olardı”, - deyə Matviyenko əlavə edib.
Görüşün mühüm mövzusu həm də regionlararası əməkdaşlıq məsələləri olub. Federasiya Şurasının sədri qeyd edib ki, regionlararası əməkdaşlıqda Rusiyanın 70-dən çox subyekti iştirak edir, 18 region isə Azərbaycanla əməkdaşlıq müqaviləsi bağlayıb. Münasibətlərin gələcək inkişafı baxımından, Federasiya Şurasının sədrinin sözlərinə görə, Rusiya-Azərbaycan regionlararası forumu tələb olunan platformadır.(APA)
**16:25
Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq öz ölkələrini itirəcəklər.
Bunu Rusiya Dövlət Dumasının sədri Vyaşeslav Volodin Milli Məclisinin sədri Sahibə Qafarova ilə Qarabağda vəziyyətin nizamlanmasına dair müzakirə zamanı deyib.
O, Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həllinə nail olunmadığını deyib.
“Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidir. Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs nəinki bu kvazi-parlamentlərdən - istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən uzaq durmalıdır, həm də aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrinə görə məsuliyyət daşımalıdırlar”, - deyə Vyaçeslav Volodin Ermənistana xəbərdarlıq edib.
**16:17
Moskvada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin arasında görüş keçirilib.
Məlumata görə, görüş çərçivəsində Rusiya Dövlət Duması ilə Milli Məclis arasında əməkdaşlıq haqqında saziş imzalanıb.(APA)
**00:31
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlamentin nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfərə gedib.
Senzor.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədr müavini Adil Əliyev, parlamentin komitə sədrləri Ziyafət Əsgərov, Bəxtiyar Əliyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Sevinc Hüseynova, Əminə Ağazadə, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Moskvanın “Vnukovo 2” hava limanında nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədr müavini Aleksey Qardeyev, Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının və Federasiya Şurasının sədrləri ilə görüşləri gözlənilir.