Müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İES-inin təməlqoyma mərasimi keçirilib - YENİLƏNİB, FOTO

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.


Senzor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.


Dövlət başçısı tədbirdə çıxış edib.


Daha sonra İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso çıxış edərək deyib:


- Son illər ərzində İtaliya ilə Azərbaycan arasında güclü əlaqələri möhkəmləndirən çoxsaylı və mühüm görüşlər ənənəsini daha da inkişaf etdirmək məqsədilə bu gün burada olmaqdan son dərəcə məmnunam. Biz artıq neçənci dəfədir ki, Azərbaycana səfər edirik. Biz Azərbaycanın tarixi dostuyuq və cənab Prezidentin artıq qeyd etdiyi kimi üçüncü nazirdir ki, bu gün Bakıya səfər edir. Müdafiə naziri, energetika naziri və bu gün isə şirkətlər naziri Bakıdadır. Bu, əslində, İtaliya ilə Azərbaycan arasında güclü əlaqələrin olmasını göstərir.


2018-ci ildə İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən burada qəbul olunmuşdur. Həmin səfərdən cəmi iki il sonra Azərbaycan Prezidenti 2020-ci ildə Romaya səfəri ilə bizi şərəfləndirdi. Həmin il Azərbaycan mədəniyyətinin İtaliyada mühüm ili oldu və sonra dövlət başçısı yenidən ölkəmizə səfər etdi. Mən isə nazir kimi, - həmçinin Azərbaycana əvvəllər də səfər etmişəm, o vaxt mən xarici ticarət naziri idim, - 2020-ci ildə etdiyim səfərə gəldikdə, bu, mənim məhz ərazilərin işğaldan azad edilməsindən sonra, müharibədən sonra etdiyim ilk səfər idi.


Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə çərçivəsində Bakı ilə Roma arasında xüsusi münasibətlərə böyük inamla yanaşırıq, iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığa əsaslanan mövcud münasibətlərin, siyasi dialoqun hərtərəfli genişləndirilməsi üçün davamlı və əmin şəkildə çalışırıq.

Ölkələrimiz arasında yaradılmış siyasi anlaşma və dostluğu, eləcə də geniş əhatəsi olan iqtisadi əməkdaşlığın davamlı gücləndirilməsini yüksək dəyərləndiririk. Həmçinin biz energetika sahəsində çalışırıq. İtaliya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərini bundan sonra da gücləndirəcəyik. Biz, həmçinin iqtisadiyyat sahəsində çalışırıq. İtaliya Azərbaycanın birinci ticari tərəfdaşıdır və Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir. Cənab Prezident burada bizim həyata keçirəcəyimiz layihənin vacibliyini qeyd etdi. Söhbət burada, həmçinin TAP boru kəmərinin buraxılış qabiliyyətinin iki dəfə artırılmasından gedir. Beləliklə, İtaliyaya daha çox təbii qaz daxil olacaqdır.


İki ölkə arasında dostluq əlaqələri və geniş əməkdaşlıq təhsildən tutmuş mədəniyyətədək müxtəlif sektorlarda əməkdaşlığın genişləndirilməsini təmin etmişdir. Bu gün Sizin nəhəng “Azərenerji” şirkəti ilə “Ansaldo” arasında qurulan bu tərəfdaşlıq tarixi bir hadisədir. Bu, həmçinin dövlətin səlahiyyətində olan əlavə imkanlar hesabına təmin ediləcəkdir. “Ansaldo” şirkəti İtaliya sənayesinin mühüm bir hissəsidir, onun tarixi 170 ili əhatə edir. Həmin müəssisə 170 il bundan əvvəl Genuya şəhərində təsis edilmişdir və bu gün onun fəaliyyəti beynəlxalq səviyyədə həyata keçirilir.


Beləliklə, biz yeni bir səhifəni açırıq, enerjiyə, təmiz enerjiyə keçidi təmin etməyə çalışırıq. Qeyd etmək istəyirik ki, “Ansaldo Energia”nın avadanlıqları bu gün dünyanın bir çox yerlərində istismar olunur və onlar etibarlılığına görə universal şəkildə tanınır. Onlar italyan mühəndisliyinin məhsulu olmaqla yanaşı, İtaliyada istehsal edilmiş ən yaxşı mallarımızın mühüm hissəsidir və biz bundan fərəhlənirik. Bu mənada beləliklə, əminəm ki, İtaliyanın bacarıqları Azərbaycanda ətraf mühitə dair qanunvericiliyin qoyduğu tələblər əsasında hamı üçün enerjinin təmin edilməsinə yönəlmiş Sizin milli energetika planınızı müşayiət edəcək ən yaxşı alət olacaqdır.


Enerji bundan sonra da strateji mövzu olaraq qalacaqdır və İtaliya, öz növbəsində, sizin enerjiyə keçid prosesində iştirak etmək istəyir. Əlbəttə ki, bərpaolunan enerji sahəsində layihələrə- günəş və külək enerjisinə gəldikdə, sizin layihələrdə iştirak etmək istərdik və beləliklə, bütöv regionu əhatə edəcək həmin bu enerji imkanlarına öz töhfəmizi verə bilərik.

Öz bacarıqları və təcrübəsi ilə İtaliya gələn illərdə də Azərbaycanın geniş energetika planları üçün etibarlı müttəfiq olacaqdır. Həyata keçiriləcək əməkdaşlığa gəldikdə, əminik ki, biz, həmçinin digər sənaye sahələrində, o cümlədən kənd təsərrüfatı və yeyinti məhsullarının istehsalında sizinlə işləyə biləcəyik. Biz sizin tərəfinizdəyik, istərdik ki, Azərbaycanın inkişafına və Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi verək.


Mən bu mərasimdə iştirak edənlərin hamısını ürəkdən salamlayıram və demək istəyirəm ki, gələcək nəsillərin tələbatlarını daha geniş şəkildə təmin edəcək dayanıqlı həyat naminə birgə səylərimizi davam etdirəcək, ölkələrimiz arasında dostluğun möhkəmlənməsi üçün növbəti uğurlu addımlarımızı atacağıq. İstərdim ki, İtaliya ilə Azərbaycan arasındakı tərəfdaşlıq Avropada nümunəvi olsun və biz də bu gün sizin tələbatlarınıza cavab vermək istəyirik.


Bu gün keçirilən bu tədbir ölkələrimiz, hökumətlərimiz və xalqlarımız arasında dostluğun rəmzidir. Biz bu gün daha geniş enerji dayanıqlılığının təmin edilməsinə, infrastrukturumuzun genişləndirilməsinə yönəlmiş addımları atırıq.


Cənab Prezident, bu mərasimdə iştirak etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk. Biz bilirik ki, Sizin hökumətinizlə işləyərək ölkənizə öz töhfəmizi verəcəyik. Sizə uğurlar arzulayıram.


X X X


İtaliyanın “Ansaldo Energia” şirkətinin prezidenti Cuzeppe Marino çıxış edərək dedi:


- Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyev.


Nazir Urso.


Azərbaycanın rəsmi şəxsləri.


Bu gün burada olmaqdan böyük şərəf və iftixar hissi duyuram, belə bir mühüm tədbirdə, mərasimdə iştirak edirəm.


Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu əməkdaşlığa açdığı yola, bizim məhz sənayelərimiz arasında əlaqələrin gücləndirilməsinə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Mən, həmçinin Azərbaycanın energetika naziri Pərviz Şahbazova bu layihənin həyata keçirilməsinə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm. Biz artıq birinci razılaşmanı sizin nazirliklə imzaladıq, indi isə bu təməlqoyma mərasimində iştirak edirik.

Mən nazir Ursoya da təşəkkürümü bildirirəm ki, o, bizə öz dəstəyini vermişdir. Həmçinin İtaliyanın və Azərbaycanın səfirlərinə təşəkkürümü bildirirəm ki, onlar da bizim işimizə müvafiq dəstək olmuşlar.


Daha sonra isə mən “Azərenerji”yə minnətdarlığımı bildirmək istəyirəm. Baba Rzayevə minnətdaram ki, biz öz aramızda ticari əlaqələri qurduq, bugünkü mərasim təşkil olunub. O, əslində, çox böyük peşəkarlıq nümayiş etdirmişdir. Bizim hazırlıq işləri çox sürətlə həyata keçirilmişdir və faktiki olaraq gəlib elə bir mərhələyə çatmışıq ki, bu layihənin birgə icrasına başlayırıq.


Həmçinin bu gün imzalanmış razılaşmaya əsasən, “Azərenerji” ilə birgə işləyərək gələcəkdə sizin enerji təhlükəsizliyinizə daha böyük töhfə verəcəyik. Qeyd etmək istəyirəm ki, “Ansaldo Energia” bütün öz texnologiyaları və səyləri ilə bu işə töhfəsini verəcəkdir. Onu da deyim ki, fəaliyyətimizin genişləndirilməsi üçün biz artıq Bakıda öz nümayəndəliyimizi açmışıq. Təbii ki, bu, Azərbaycanın bütün sənaye peşəkarları ilə onların italiyalı həmkarları arasında əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq.


Cənab Prezident, qeyd edildiyi kimi, “Ansaldo Energia”nın çox uzun tarixi var. Biz 170 il ərzində çalışmışıq və bizim loqomuz burada - Azərbaycanda bu mərasimdə nümayiş etdirilir. Cənab Prezidentin burada qeyd etdiyi kimi, yeni stansiya 800 milyon kubmetrə yaxın təbii qaza qənaət edilməsinə imkan yaradacaq. Bunun sayəsində ənənəvi enerji mənbələri ilə yanaşı, təmiz enerjiyə keçid təmin ediləcək. Bu, uzaqgörən bir siyasətdir, planlarınız bizə aydındır və istərdik ki, hər zaman innovasiyalarımızı gətirərək elektrik enerjisi istehsalının daha da təkmilləşdirilməsinə çalışaq. Bununla bərabər, həmçinin bərpaolunan enerji mənbələrini də yaddan çıxarmaq olmaz. Əlbəttə, biz istərdik ki, buraya yeni texnologiyalarla bərabər yatırımlar da edək. Biz artıq bir ildir ki, yeni bir şirkət yaratmışıq, bunun adı “Ansaldo Green Technologies”dir. Bu yolla gedərək biz nəinki təbii qazın qənaət olunmasına sərmayə yatıracağıq, o cümlədən enerjiyə, təmiz enerjiyə keçid prosesinə bütün gücümüzlə dəstək verəcəyik. Beləliklə, bizim şirkətlərimiz arasında əməkdaşlıq belə imkanlar açacaq. Mingəçevirdə 4 turbin quraşdırılacaq və onlar artıq sınaqdan keçirilib, orada çoxlu iş yeri yaradılacaq. Təbii ki, bizim məhz azərbaycanlı tərəfdaşlarla qurduğumuz əməkdaşlıq ölkənin enerji siyasətinə mühüm töhfə olacaq. Beləliklə, biz bundan sonra da ölkələrimizin enerji təhlükəsizliyinə dayanıqlı şəkildə dəstəyimizi verəcəyik.


Əminliklə deyə bilərəm ki, biz qarşımıza bu işləri qətiyyətlə irəliyə doğru aparmaq məqsədi qoymuşuq. Təşəkkür edirik.


X X X


Çinin “Dongfang” şirkətinin baş direktoru Çen Xuacye çıxış edərək dedi:


- Zati-aliləri Prezident İlham Əliyev.


Zati-aliləri nazirlər.


Xanımlar və cənablar.


Azərbaycanın çox gözəl və şanlı paytaxtı Bakıya bir daha gəlmək mənim üçün çox xoşdur. İlk növbədə, “Dongfang Electric Corporation” şirkəti - DEC adından istərdim xüsusilə Mingəçevir şəhərində 1280 meqavatlıq elektrik stansiyasının təməlqoyma mərasimi ilə əlaqədar təbriklərimi sizə ifadə edim.


Bu gün doğrudan da mötəbər bir gündür, hava günəşlidir və hörmətli qonaqlar üçün çox gözəl bir mərasim təşkil olunub. Mən burada bütün hörmətli iştirakçılarla bərabər olmaqdan, bu tarixi anı yaşamaqdan çox sevincliyəm.


Azərbaycan Elektrik Stansiyası uzunmüddətli fəaliyyəti ilə ölkənin milli iqtisadiyyatına böyük tarixi töhfələr verib. Çox şadıq ki, əsas avadanlıq istehsalçılarından biri olan DEC etibarlı tərəfdaşımız “Azərenerji” tərəfindən dəyərləndirildi və bu layihədə iştirak üçün dəvət edildi. Biz Azərbaycanın yeni İstilik Elektrik Stansiyasının inşasında 4F sinifli istiliyi toplayan buxar generatorlarını tədarük etməklə iştirakımızdan şərəf duyuruq.


Xanımlar və cənablar, DEC bəziləriniz üçün bəlkə də yeni ad ola bilər. Lakin icazənizlə, fürsətdən istifadə edib “Dongfang Electric Corporation” haqqında məlumat vermək istəyirəm. DEC Çinin ən qabaqcıl 52 dövlət müəssisəsindən, dünyanın ən böyük enerji avadanlığı istehsalçılarından və enerji layihəsi podratçılarından biridir. DEC istilik enerjisi, su elektrik enerjisi, qaz turbin enerjisi, nüvə enerjisi, külək enerjisi və günəş enerjisi layihələrində iştirak edir. Bu ilin əvvəlinə qədər DEC 90-dan çox ölkədəki qlobal istifadəçilərə ümumilikdə 560 qiqavatdan çox enerji istehsal edən qurğular təqdim etmişdir. İstilik enerjisinə gəldikdə, DEC qabaqcıl, min meqavatlıq sinfinə malik ultra superəhəmiyyətli qurğuların istehsalında dünyanın ən məşhur şirkətlərindən biridir. Biz bu sahədə digər şirkətlərlə əməkdaşlıq edirik. Hazırda DEC, həmçinin su elektrik stansiyaları və anbarları üçün yeni enerji sistemləri yaradır.


Xanımlar və cənablar, DEC ilə Azərbaycanın energetika sənayesi arasında dostluq Azərbaycanda tikilməkdə olan ən böyük bərpaolunan enerji layihəsi ilə başlamışdır. Bu, Azərbaycanda ən böyük layihələrdən biri hesab olunur. Bu gün isə biz Azərbaycanın ən böyük elektrik stansiyasının təkmilləşdirilməsi və modernləşdirilməsində iştirak etməkdən daha da böyük qürur duyuruq.

Fürsətdən istifadə edərək DEC adından “Azərenerji”yə səmimi təşəkkürümü ifadə edirəm. Bizim məhsul və xidmətlərimizi seçdiyiniz üçün sizə təşəkkür edirəm. Həmçinin Azərbaycan hökumətinə və aidiyyəti orqanlarına da dərin təşəkkürümü bildirirəm. DEC-yə göstərdiyiniz güclü dəstəyə və köməyə görə minnətdarıq.


Tikiləcək yeni elektrik stansiyası DEC-nin Qafqaz bölgəsində həyata keçirdiyi ən böyük enerji layihəsi olduğundan bütün şirkətimiz bu məsələyə çox böyük əhəmiyyət verir. Dizayn, istehsal, quraşdırma və istismara nəzarət xidmətlərində mükəmməlliyə nail olmaq üçün səylərimizi əsirgəməyəcəyik, həmçinin avadanlıq təchizatının və göstəricilərin vaxtında yüksək keyfiyyətlə tamamlanmasını təmin etmək üçün bütün gücümüzdən istifadə edəcəyik. DEC çətinliklərin öhdəsindən gələcək, uğurlu enerji istehsalına nail olmaq, müasir və səmərəli elektrik stansiyası tikmək üçün tam dəstəyini göstərəcək. Biz etimadı doğruldacağıq və Azərbaycan xalqının gələcəyinə öz töhfəmizi verəcəyik. Əminəm ki, yeni elektrik stansiyası nümunəvi elektrik stansiyası kimi xidmət edəcək və regionda yüksəkkeyfiyyətli layihələrdən birinə çevriləcək. Təşəkkür edirəm.


X X X


Mərasimdə yeni inşa olunacaq İstilik Elektrik Stansiyası barədə videoçarx nümayiş etdirildi.


Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso stansiyanın təməlini qoydular.

**16:03

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.


Senzor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.


Dövlətimizin başçısı tədbirdə çıxış edib.


Prezident İlham Əliyevin çıxışı:


- Hörmətli xanımlar və cənablar.


Hörmətli qonaqlar.


Bu gün biz Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasiminə toplaşmışıq. Əminəm ki, biz yaxın zamanlarda – 2025-ci ildə bu stansiyanın açılışını qeyd edəcəyik.


Bu, çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.


Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində - daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.


Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. Halbuki o vaxt Bakıda və Azərbaycanın müxtəlif yerlərində yaşamış insanlar yaxşı xatırlayırlar ki, o dövrdə hətta elektrik enerjisi kəsilirdi, kəsir var idi, özümüzü təmin edə bilmirdik. Amma buna baxmayaraq, əsas yükü o zaman məhz Mingəçevir Elektrik Stansiyası öz üzərinə götürmüşdür.


Təbii ki, illər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində - artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur.

Onu da bildirməliyəm ki, bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir.


Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur, uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Yəni, döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi.


İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.

Onu da bildirməliyəm ki, yeni tikiləcək bu stansiyanın müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı çox böyük dərəcədə – 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaqdır.


Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Onu da bildirməliyəm ki, mənə verilən məlumata görə, stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq və elektroenergetika sahəsini yaxından bilən insanlar bilirlər ki, təxminən 1300 meqavat gücündə olan stansiya neçəyə başa gələ bilər. Yəni, bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi, əlbəttə ki, səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılmışdır və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də, ilk növbədə, bu məqsədi güdür.


Ona görə biz az vəsaitlə böyük enerji potensialına malik oluruq. Eyni zamanda, ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək. Yenə də nəzərə alsaq ki, burada iş əmsalı çox yüksək olacaq, təbii qaza böyük qənaət olacaq, bir neçə il ərzində əminəm ki, bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq.


Yəni, bu, hərtərəfli uğurlu bir layihədir. Baxmayaraq ki, hazırda dünyada, Avropada, o cümlədən Azərbaycanda bərpaolunan enerjiyə daha böyük üstünlük verilir, biz də bu sahədə böyük uğurlara artıq imza atmışıq. Buna baxmayaraq, ənənəvi resursların, ənənəvi stansiyaların da faydası göz önündədir.

Bildirməliyəm ki, bu stansiyanı biz xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Bugünkü mərasimdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri iştirak edir. Mən hörmətli qonağı səmimiyyətlə salamlayıram. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. Yəni, biz bu işi xarici əməkdaşlıq çərçivəsində görəcəyik. Əlbəttə ki, “Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır. Bildirməliyəm ki, “Azərenerji” ilə “Ansaldo” arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanmışdır. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də “Ansaldo” və “Azərenerji” tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər.


İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökumətinin üç naziri artıq Azərbaycana səfərlər etmişlər – müdafiə naziri, energetika naziri və bu gün şirkətlər və “Made in Italy” naziri. Cəmi bir ay ərzində, - yəni, birinci səfər yanvarın 11-də olmuşdur, - yeni hökumətin 3 naziri Azərbaycanda səfərdə olub. Bu, bizim əlaqələrimizin doğrudan da nə qədər yüksək səviyyədə olmasından xəbər verir.


Əlbəttə, bütövlükdə energetika sahəsində əməkdaşlıq ənənəvidir. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik. Əlbəttə ki, burada TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir. Bu məsələ artıq bir müddətdir ki, müzakirə edilir, o cümlədən bu ayın əvvəlində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında geniş müzakirə edilmişdir.

Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır.


Yəni, İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər - dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir.


Deməliyəm ki, Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf etmişdir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişdir və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Sadəcə olaraq, müqayisə üçün deyə bilərəm ki, hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır. İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, əgər bu məsələni prioritet seçməsəydik, bu gün bizim iqtisadi və sənaye inkişafı sual altında ola bilərdi. Bu gün biz öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Yəni, bütün işlər vaxtında aparıldı, ardıcıllıqla aparıldı. Bugünkü mərasim və 2025-ci ildə fəaliyyətə başlayacaq yeni stansiya bizim enerji potensialımızı daha da gücləndirəcək. Çünki buna həm Azərbaycanda, həm də Avropada ehtiyac var. Biz azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərini, ilk növbədə, elektroenergetika sahəsindən başlamışdıq və artıq 10-dan çox yarımstansiya inşa edilmişdir, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. Artıq biz iki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaratdıq və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Yəni, biz ancaq azad edilmiş torpaqlarda cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacağıq. Bütün stansiyalar ümumi şəbəkəyə qoşulmuşdur. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq. Yəni, bu sahə prioritet olaraq qalır.


Amma, eyni zamanda, bildiyiniz kimi, bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var. Hazırda iki stansiya inşa edilir - 470 meqavatlıq günəş və külək. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur- böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni, bu, doğrudan da çox böyük potensialdır və təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir.

Biz bu gün doğrudan da böyük və önəmli işin təməlini qoyuruq. Əminəm ki, stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır.


Sağ olun.


X X X


Sonra İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, “Ansaldo Energia” şirkətinin prezidenti Cuzeppe Marino və Çinin “Dongfang” şirkətinin baş direktoru Çen Xuacye çıxış etdilər.


X X X


Mərasimdə yeni inşa olunacaq İstilik Elektrik Stansiyası barədə videoçarx nümayiş etdirildi.


Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso stansiyanın təməlini qoydular.


Sonda birgə foto çəkdirildi.

**14:25

Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, Azərbaycan Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcək.


Senzor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda “Gülüstan” sarayında keçirilən müstəqillik dövrünün 1 280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi zamanı tədbirdə iştirak edərkən bildirib.


“Əlbəttə, bütövlükdə energetika sahəsində əməkdaşlıq ənənəvidir. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik”, - deyə dövlət başçısı bildirib.


Prezident İlham Əliyev qeyd edib ki, burada TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir: “Bu məsələ artıq bir müddətdir ki, müzakirə edilir, o cümlədən bu ayın əvvəlində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında geniş müzakirə edilib. Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən "yaşıl enerji" potensialı Avropa üçün yeni imkanlar açacaq”.

**14:25

"Bərpaolunan enerji növlərinin inkişafı üçün Azərbaycanda çox böyük potensial var".


Senzor.az xəbər verir ki, bu rəqəmləri Prezident İlham Əliyev Mingəçevir şəhərində yeni İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində səsləndirib.


“Hazırda iki stansiya - 470 meqavatlıq günəş və külək elektrik stansiyaları inşa edilir. Üçüncü stansiyanın inşası yaxın vaxtlarda başlayacaq, o da bizə təqribən 240 meqavat əlavə güc verəcək. Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur- böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə. Yəni, bu, doğrudan da çox böyük potensialdır və təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir”, - deyə dövlət başçısı bildirib.


Bu gün böyük və önəmli layihənin təməlinin qoyulduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: “Əminəm ki, stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və həm ölkəmizin enerji potensialını gücləndirəcək, ixrac imkanlarımızı gücləndirəcək və həm də xarici tərəfdaşlarla yeni, gələcək layihələrə yol açacaqdır”.

**13:57

"Azərbaycanda bütövlükdə elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf edir. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa olunub və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir".


Senzor.az xəbər verir ki, bu rəqəmləri Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində səsləndirib.


Dövlət başçısı müqayisə üçün deyib ki, hazırda Azərbaycanın ümumi generasiya gücü 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılıb.


“İndi təsəvvür edin, əgər biz bunu etməsəydik, əgər bu məsələni prioritet seçməsəydik, bu gün bizim iqtisadi və sənaye inkişafı sual altında ola bilərdi. Bu gün biz öz enerji təhlükəsizliyimizi təmin edə bilməzdik. Yəni, bütün işlər vaxtında aparıldı, ardıcıllıqla aparıldı”, - deyə Azərbaycan Prezidenti vurğulayıb

**13:50

"İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını deyil, böyük coğrafiyanın maraqlarını təmin edir".


Senzor.az xəbər verir ki, bunu Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.


“Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər - dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

**13:33

"Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq".


Senzor.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində söyləyib.


Prezident deyib: “Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır”.

**13:21

"Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin enerji potensialı araşdırılır".


Senzor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.


Dövlət başçısı deyib: ““Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti arasındakı əlaqələr burada həlledici rol oynayır. “Azərenerji” ilə “Ansaldo” arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanıb. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də “Ansaldo” və “Azərenerji” tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər”.

**13:02

"Biz bu stansiyanı xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik".


Senzor.az xəbər verir ki, bunu Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.


“Hazırda dünyada, Avropada, o cümlədən Azərbaycanda bərpaolunan enerjiyə daha böyük üstünlük verilir, biz də bu sahədə böyük uğurlara artıq imza atmışıq. Buna baxmayaraq, ənənəvi resursların, ənənəvi stansiyaların da faydası göz önündədir. Bildirməliyəm ki, bu stansiyanı biz xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Bugünkü mərasimdə İtaliyanın şirkətləri və “Made in Italy” naziri iştirak edir. Mən hörmətli qonağı səmimiyyətlə salamlayıram. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək. Yəni, biz bu işi xarici əməkdaşlıq çərçivəsində görəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.

**12:36

"Yeni stansiyada iş əmsalı çox yüksək olacaq və təbii qaza böyük qənaət olacaq".


Senzor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.


Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, bir neçə il ərzində bu stansiyanın fəaliyyəti nəticəsində həm qoyulan vəsait qayıdacaq, eyni zamanda, kredit borcu da bağlanacaq. Yəni, bu, hərtərəfli uğurlu bir layihədir.


**12:25

Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılıb və yeni stansiyanın məhz orada inşa edilməsi, ilk növbədə, bu məqsədi güdür.


Senzor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.


Dövlət başçısı deyib: “Ona görə biz az vəsaitlə böyük enerji potensialına malik oluruq. Eyni zamanda, ödəniləcək vəsaitin 60 faizi “Azərenerji”nin öz vəsaiti hesabına təmin ediləcək. Qalan 40 faiz isə kreditlər vasitəsilə təmin ediləcək”.


**11:53

Yeni tikiləcək elektrik stansiyasının müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq.


Senzor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.


“Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Onu da bildirməliyəm ki, mənə verilən məlumata görə, stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq və elektroenergetika sahəsini yaxından bilən insanlar bilirlər ki, təxminən 1300 meqavat gücündə olan stansiya neçəyə başa gələ bilər. Yəni, bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır”, - deyə dövlət başçısı qeyd edib.

**11:44

İllər keçdikcə istənilən infrastruktur köhnəlir, o cümlədən Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prioritet məsələlərdən biri idi və mənim göstərişimlə 2018-ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır.


Senzor.az xəbər verir ki, bunu Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib.


Qısa müddət ərzində artıq 8 blokun tamamilə yenidən qurulduğunu və istifadəyə verildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Beləliklə, 2020-ci ildə stansiya, necə deyərlər, öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Onu da bildirməliyəm ki, bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi və bu da özlüyündə yeni bir böyük stansiyanın tikintisi deməkdir”.

**11:13

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.


Senzor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.