Ermənistan XİN rəhbəri Türkiyənin zəlzələ bölgəsinə gedib
YENİLƏNİB

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Adıyaman şəhərinə gedib.


Bu barədə “Armenpress” məlumat yayıb.


Qeyd edək ki, Türkiyənin zəlzələdən zərər çəkmiş Adıyaman şəhərində Ermənistandan gələn xilasedicilər axtarış-xilasetmə əməliyyatları aparır.


**14:00

Ermənistan hökuməti adından Türkiyə xalqına və hökumətinə başsağlığı verirəm.


Bunu Ankarada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.


Mizroyan Ermənistanın da 1980-ci illərdə ağır zəlzələ faciəsi ilə üzləşdiyini xatırladıb.


“Bu faciənin nə olduğunu bilirik və bu ağrı bizə yad deyil”, - erməni nazir əlavə edib.


O, Çavuşoğlunun erməni xilasedicilərin fəaliyyəti ilə bağlı sözlərinə görə təşəkkür edib.


Mirzoyan diqqətə çatdırıb ki, iki ölkə arasında sərhəd 30 ildən sonra ilk dəfə açılıb və Ermənistan buradan Türkiyəyə humanitar yardım göndərib: “Dünən axşam da humanitar yardımın ikinci hissəsini yola saldıq və o tezliklə zəlzələ bölgəsinə, Adıyamana çatacaq”.


Ermənistan xarici işlər naziri vurğulayıb ki, səfərinin məqsədi bu çətin anda Türkiyə ilə həmrəylik nümayiş etdirməkdir.


“Regionda sülh üçün, eyni zamanda, Türkiyə ilə münasibətlərin normallaşması, diplomatik münasibətlərin qurulması ilə bağlı Ermənistan hökumətinin hazırlığını bir daha vurğulamaq istəyirəm”, - Mirzoyan qeyd edib.

**13:33

“Ararat Mirzoyanla normallaşma məsələsində hansı addımları ata biləcəyimizi danışdıq”.


Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla mətbuat konfransı zamanı deyib.


“Bunlardan bir də Ermənistanla Türkiyə arasında tarixi İpək yolu körpüsünün bərpasıdır. Bundan başqa, sərhəd-buraxılış məntəqəsinə aparan yolların bərpası ilə bağlı addımlar atmağı düşünürük”, - Türkiyə XİN rəhbəri vurğulayıb.


Çavuşoğlu, Ermənistanın zəlzələdən sonra ölkəsinə dəstək verdiyini və həmrəylik nümayiş etdirdiyini vurğulayıb: “Zəlzələdən dərhal sonra Ermənistan ölkəmizə 28 nəfərlik axtarış-xilasetmə heyəti göndərdi.


Eyni zamanda, Ermənistan Türkiyənin zəlzələ bölgəsinə 100 tonluq humanitar yardım göndərdi. Və bugünkü görüşümüzdə əlavə yardımlar da göndəriləcəyini bildirdi”.(APA)


**13:22

Ermənistan bu çətin günümüzdə bizə dostluq əlini uzatdı, bizimlə həmrəylik nümayiş etdirdi.


Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada erməni həmkarı Ararat Mirzoyanla mətbuat konfransı zamanı deyib.


“Cənubi Qafqazda normallaşma prosesi davam edir. Bu gün ortaya qoyduğumuz iş birliyi anlayışının bu məsələyə dəstək verəcəyinə inanıram. Eyni zamanda, Ermənistanın Azərbaycanla münasibətlərinin normalaşması bölgəmizdəki sabitliyə töhfə verəcək”, – o əlavə edib.


**13:00

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada təkbətək görüş keçirir.


“Haberturk” xəbər verir ki, təkbətək görüşdən sonra iki tərəf geniş tərkibdə danışıqlar aparacaq, daha sonra nazirlər bəyanatla çıxış edəcəklər.


Daha sonra Ermənistan XİN başçısı Ararat Mirzoyan zəlzələdən ən çox zərər görmüş və ermənistanlı axtarış-xilasetmə qrupunun üzvlərinin fəaliyyət göstərdiyi Adıyaman vilayətinə gedəcək.


**12:07

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.


Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.


Nümayəndə heyətinin tərkibində Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə danışıqlarda Ermənistanın xüsusi təmsilçisi, parlamentin sədr müavini Ruben Rubinyan da var.


Bildirilib ki, səfər çərçivəsində Mirzoyanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da qəbul edəcək.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.