Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə Laçın yolunu müzakirə etdi

"Laçın yolunda etiraz aksiyaçılarının legitim tələbləri hələ də yerinə yetirilmir".

 

Senzor.az bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə növbəti telefon danışığı zamanı deyib.

 

Tərəflər regionda cari vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə danışıqların perspektivləri barədə müzakirə aparıblar.

 

Ceyhun Bayramov Üçtərəfli Bəyanata uyğun olaraq Azərbaycanın Laçın yolunda yalnız vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verdiyini, lakin Ermənistan tərəfindən Laçın yolunun qeyri-qanuni iqtisadi fəaliyyətlər, erməni hərbçilərinin rotasiyaları, minaların daşınması üçün sui-istifadə edildiyini bildirib. Laçın yolunda etiraz aksiyaçılarının legitim tələblərinin hələ də yerinə yetirilmədiyini qeyd edib. Bölgədə guya “gərgin humanitar” vəziyyət yarandığı barədə iddiaların heç bir əsasının olmadığını vurğulayıb.

 

Nazir, həmçinin Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesi üzrə manipulyasiyalara yol verdiyini diqqətə çatdırıb.

 

Tərəflər telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.