Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.
Bu barədə APA-ya Rusiya Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, hazırda Lavrovun Azərbaycana səfərinə hazırlıq gedir. O, Rusiya XİN başçısının Bakıya səfərinin fevral ayının sonunda baş tutacağını, lakin hələlik dəqiq tarixin müəyyənləşmədiyini söyləyib.