Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, mətbuata qapalı keçirilən görüş 1 saat 20 dəqiqə çəkib.
**18:03
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir.
Bu barədə “Daily Sabah“ məlumat yayıb.
**11:19
Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Türkiyəyə iki günlük səfərə yollanacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Şahbaz Şərifin səfərinin məqsədi 6 fevral 2023-cü ildə baş verən zəlzələdən zərər çəkmiş türk xalqı ilə həmrəy olduğunu nümayiş etdirməkdir.
“Baş nazir Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Daha sonra Türkiyənin cənubunda təbii fəlakətdən zərər çəkmiş rayonlara səfər edəcək və ərazidə fəaliyyət göstərən Pakistan axtarış-xilasetmə qrupları, eləcə də zəlzələdən sağ çıxanlarla təmasda olacaq. Pakistan və Türkiyəni dərin qardaşlıq bağları birləşdirir”, - Pakistan XİN-in yaydığı məlumatda qeyd olunub.