Azərbaycanlı mütəxəssisin istifadə etdiyi texnologiya ilə 14 nəfər dağıntılar altından sağ çıxarılıb
FOTO

Azərbaycanlı mütəxəssis Ceyhun Xəlilov qabaqcıl aparatı ilə Türkiyədə 14 nəfəri dağıntılar altından xilas edib.


Bu barədə Anadolu Agentliyi məlumat yayıb.


Məlumatda qeyd olunub ki, Kahramanmaraş vilayətində axtarış xilasetmə işləri üçün Azərbaycandan gələn Ceyhun Xəlilov Ukraynanın Milli Müdafiə Universitetini bitirib, dağıntılar altından xilasetmə sahəsində yüksək texnologiyalarla bağlı isə Türkiyədə təhsil alıb.

O, istifadə etdiyi cihazın qabaqcıl xüsusiyyətlərə malik olduğunu deyib. Bildirib ki, iki kamera və akustik səsyazmaya malik cihaz dağıntı altındakı vəziyyəti göstərə bilir və sağ qalanlarla qarşılıqlı əlaqə yaratmaq imkanı təqdim edir.


Ceyhun Xəlilov bildirib ki, ilk dəfə fevralın 9-da 17 yaşlı bir qızın sağ çıxarılmasında rol oynayıb, koordinasiyalı fəaliyyət nəticəsində ümumilikdə 14 nəfərin dağıntılar altından sağ çıxarılmasında iştirak edib.


Qeyd edək ki, fevralın 6-da Türkiyədə güclü zəlzələ baş verib, təbii fəlakət ölkənin 10 vilayətində çoxsaylı dağıntı və insan tələfatına səbəb olub.(APA)







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.