Sahibə Qafarova: Türkiyə ilə bir yerdə olmağa, dəstəyə davam edəcəyik - YENİLƏNİB

“1993-cü illərdə iki vertolyot verilmədi, ancaq Vətən müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün varlığı ilə yanımızda oldu”.


Bunu bu gün Milli Məclisin iclasında deputat Bəhruz Məhərrəmov bildirib.


Bəhruz Məhərrəmov deyib ki, Türkiyədə dağıdıcı zəlzələdən sonra sosial şəbəkələrdə “Soros” Fondu və digər bəzi Qərb institutlarının mövqeyindən çıxış edənlərə rast gəlinir: “Bu, yolverilməzdir. Mola rejimi Azərbaycan sərhədində bizi hədələmək məqsədilə təlim keçirəndən sonra Türkiyə Azərbaycanla bir yerdə təlim keçirərək Tehrana birmənalı mesaj verdi”.


Spiker Sahibə Qafarova qeyd edilib ki, deputatlar hər gün Türkiyə deputatları ilə əlaqədədir: “Mən də hər gün faktiki olaraq Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla əlaqə saxlayıram. Türkiyə ilə bir yerdə olmağa, dəstəyə davam edəcəyik”.

**11:35

“Türkiyədən təyyarə biletləri bahadır, tələbələrin zəlzələ ilə əlaqədar ölkəyə qayıdışında çətinliklər yaranıb”.


Bunu bu gün Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov bildirib.


Ceyhun Məmmədov deyib ki, Türkiyədə zəlzələ ilə bağlı tələbələrə təyyarə biletlərində güzəştlər tətbiq olunmalıdır: “İndi distant təhsilə keçilib. Ancaq elə ədəbiyyatlar var ki, tələbələr onları da qayıdaraq Türkiyədən gətirməlidirlər. Ona görə təyyarə biletlərində güzəştlər vacibdir. Türkiyə və digər ölkələrin təcrübəsində də belə hallar var”.


**11:02


Milli Məclisin yaz sessiyası üçün növbəti plenar iclası başlayıb.

 

Senzor.az bildirir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda deputatlar 31 məsələni müzakirə edəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.