Türkiyədə zəlzələdə ölənlərin sayı 40 642 nəfərə çatıb.
Senzor.az xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer deyib.
Onun sözlərinə görə, 80 ölkə Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib: “Onlardan bəziləri işini yekunlaşdırıb”.
Y.Sezer bildirib ki, vətəndaşlara müvafiq qaydada maddi dəstək göstərilir: “Hər ailəyə 10 min lira veririk. Məqsədimiz zəlzələdən zərərçəkmişlərə qismən də olsa dəstək olmaqdır”.
O, həmçinin axtarış-xilasrtmə tədbirlərinin davam etdiyini xatırladıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.