Prezident: “Bu gün tarixi bir gündür, üç lider müstəqil ölkələr kimi ilk dəfə birlikdədir” - VİDEO
YENİLƏNİB

“Hazırkı vəziyyəti düzgün qiymətləndirmək üçün biz bir qədər tarixə də nəzər salmalıyıq. Bizim torpaqlarımız təxminən 30 il boyunca Ermənistanın işğalı altında qalıb”.


Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasında çıxışı zamanı deyib.


“Baş nazir Qaribaşvili vurğuladı ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyaya heç bir sanksiya tətbiq edilməyib. Mən də həmçinin deyə bilərəm ki, Ermənistan 27 il boyunca Azərbaycan ərazilərinin 20 faizini işğalda saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etmədi və onlara heç bir sanksiya tətbiq olunmadı. Biz müharibədən qaçmaq məqsədilə hər zaman Ermənistana sanksiya tətbiq edilməsinə çağırırdıq. Biz Minsk Qrupunun nəticə verməsini, BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinə hörmət etməsini gözləyirdik, lakin biz heç bir hərəkət görmədik. Ümumi anlayış var idi ki, bu münaqişə artıq dondurulub. Beləliklə biz sübut etdik ki, bu dondurulmuş (münaqişə-red.) deyil. Beləliklə biz öz ləyaqətimizi, ərazi bütövlüyümüzü və ədaləti bərpa etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirmək üçün döyüşməli və 3000 həyatı qurban verməli olduq. Ona görə də biz Qarabağdakı bugünkü vəziyyəti və ya bizim erməni icması ilə kommunikasiyasımızı kontekstdən çıxara bilmərik və 30 illik işğalı, Livanın ərazisi böyüklükdəki ərazinin tamamilə dağıntılar altında olduğunu sadəcə yaddan çıxara bilmərik. Bu yadplanetlilər tərəfindən edilməyib, bu gəlib bizim torpağımızı işğal edən, 1 milyon azərbaycanlını evsizə çevirən, 67 məsciddən 65-ni dağıdan, onları murdarlayan qonşularımız tərəfindən edilib. Daha sonra biz onları qovduq və onlar indi “ədalət” üçün müraciət edirlər. Torpaqlarımızı 30 il işğal edənlər, indi bizi işğalda ittiham edirlər”, - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanat əslində Ermənistanın kapitulyasiya aktıdır.


Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycanın Qarabağın erməni icması ilə praktiki kommunikasiyaya başlaması yalnız Rusiya vətəndaşı olan kriminal oliqarx Ruben Vardanyan Azərbaycan ərazisini tərk edərsə, mümkün olacaq:


“Həmçinin bir şey də unudulmamalıdır ki, Baş nazirin müraciət etdiyi 2020-ci ilin noyabrındakı üçtərəfli bəyanat əslində Ermənistanın de-fakto kapitulyasiya aktıdır. Biz müharibədə savaşdıq və müharibənin nəticələri beynəlxalq ictimaiyyət və Ermənistan cəmiyyəti tərəfindən tanındı. Bunun ən yaxşı göstəricisi Ermənistan əhalisinin Baş nazirə verdiyi yeni mandatdır və bu, sülh mandatıdır. Ona görə də biz gələcəyə baxmalıyıq. Sessiyadan öncə də müzakirə etdik – bu gün tarixi bir gündür, üç lider müstəqil ölkələr kimi ilk dəfə birlikdədir. Biz bu fürsəti qaçırmamalıyıq. Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdırlar, azlıqdırlar. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycandakı bütün azlıqlar eyni mədəni, linqvistik və digər hüquqlara və üstünlüklərə, həmçinin təhlükəsizliyə malikdirlər. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyaya başlamağa hazırıq və bu gün Dövlət Katibi Blinkenin önündə də mən ermənistanlı həmkarıma bunu dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, Avropada çirkli pulların yuyulmasında iştirak edən kriminal oliqarx Vardanyan bizim ərazimizi tərk etsin".

**22:00

“Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil.


Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında deyib.


“Diqqətinizə çatdırım ki, “Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil. Ümumiyyətlə, bu, rus sözləridir. “Naqorno” sözünün mənası dağlıq deməkdir”, - deyə dövlətimizin başçısı bildirib.


Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Əlbəttə, bu səbəbdən mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar. Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi mövcuddur”.

**21:45

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib.


Senzor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.


Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak ediblər.

**21:29

Hamımız başa düşürük ki, regionda vəziyyətə ikivektorlu yanaşma zəruridir.


Senzor.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında söyləyib.


Dövlət başçısı deyib: “Amerikalı və Avropa İttifaqından olan tərəfdaşlarımızla ünsiyyət zamanı, habelə Dövlət katibi Blinken tərəfindən baş nazir Paşinyan ilə təşkil edilmiş bugünkü üçtərəfli görüşdən mənə aydın oldu ki, biz hamımız regionda vəziyyətə ikivektorlu yanaşmanın zəruri olmasını başa düşürük. Bu, əvvələn Azərbaycan ilə Ermənistan arasında sülh danışıqları vektoru, ikincisi, Qarabağın erməni əhalisi ilə Azərbaycanın əlaqəsi vektorudur”.

**20:57

Azərbaycan və Ermənistanın uzun sürən qarşılıqlı nifrət və düşmənçiliyə son qoyulmasına keçidi nümayiş etdirməsi zəruridir.


Senzor.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Münxendə “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda söyləyib.


Dövlət başçısı deyib: “Biz hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümid edirik ki, tezliklə bu işi yekunlaşdıra biləcəyik. Mən hesab edirəm ki, bu, ciddi tarixi fikir ayrılıqları olan ölkələrin birgə toplaşmaq və düşmənçilik səhifəsini çevirmək üzrə yaxşı nümunə ola bilər".

**20:36

“Yeni geosiyasi vəziyyət kommunikasiya layihələri baxımından Azərbaycan üçün müəyyən üstünlüklər yaradıb”.


Bu sözləri Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışında deyib.


Dövlət başçısı bildirib: “Eyni zamanda, xüsusilə kommunikasiya layihələri ilə bağlı bəzi üstünlüklər var idi. Azərbaycan uzun illərdir ki, müasir nəqliyyat, logistika və infrastrukturun yaradılmasına sərmayə qoyur. İndi isə yükdaşımaların Mərkəzi Asiyadan Azərbaycan üzərindən Avropaya yönləndirilməsi əlavə imkanlar yaradır”.

**20:22

“Rusiya-Ukrayna müharibəsindən sonra ümumi geosiyasi vəziyyət tamamilə dəyişib. Amma bunun Azərbaycana birbaşa təsiri olmayıb”.


Senzor.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasda deyib.


“Deyərdim ki, vəziyyətin bizə birbaşa təsiri olmayıb. Ümumi geosiyasi vəziyyət tamamilə dəyişib. Biz yəqin ki, Rusiya-Ukrayna müharibəsindən əvvəlki dövrlərə qayıtmayacağıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

**20:04

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilir.


Senzor.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.


Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, ATƏT-in baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak edirlər.

**19:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda iştirak edir.


Senzor.az xəbər verir ki, dövlətimizin başçısı iclasda çıxış edir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.