ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyəyə səfərə gəlib.
Senzor.az Türkiyə mətbuatına istinadən bildirir ki, dövlət katibinin təyyarəsi Adanadakı İncirlik bazasına enib və onu ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk qarşılayıb.
Daha sonra Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birlikdə helikopterlə havadan zəlzələ bölgəsinə baxış keçirib.
Dövlət katibinin bu gün və sabah bir sıra görüşlər keçirəcəyi, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir araya gələcəyi bildirilib.
Qeyd edək ki, bu, E.Blinkenin dövlət katibi kimi Türkiyəyə ilk səfəridir.