Türkiyənin zəlzələ bölgəsində gələn ay inşasına başlanılacaq mənzillərin sayı açıqlanıb
YENİLƏNİB

11 vilayətimizi dirçəldəcəyik.


Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda keçirdiyi brifinqdə bildirib.


Onun sözlərinə görə, mart ayında Hatayda 40 426, Kahramanmaraşda 45 067, Adıyamanda 25 882, Qaziantepdə 18 544 mənzilin inşasına başlanılacaq.


“Yenə mart ayında Elazığda 3 750, Adanada 2 500, Kilisdə isə 250 mənzilin inşası həyata keçiriləcək”, - o əlavə edib.


Ərdoğan əlavə edib ki, 1 milyon 684 min vətəndaşın yaşayış ehtiyacı ödənilib: "Zəlzələ bölgəsində bütün yaşayış evləri sıfırdan maksimum 4 mərtəbəli tikiləcək".


**19:00

Əsla təslim olmadıq, əsla ümidsizliyə düçar olmadıq. 7,7 və 7,6 bal gücündəki zəlzələlər dünyadan tayı-bərabəri olmayan təbiət hadisəsidir.


Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda keçirdiyi brifinqdə bildirib.


O, çətinliklərin baş verdiklərindən xəbərdar olduqlarını vurğulayıb. Ərdoğanın sözlərinə görə, dövlət və millət tam səfərbər olub.


“Millətimiz könüllü olaraq bu səfərbərliyə qoşuldu”, - Ərdoğan əlavə edib.


Ərdoğan, 6 mindən çox afterşokun baş verdiyini diqqətə çatdırıb.


Ərdoğan qeyd edib ki, Türkiyədə baş vermiş zəlzələlərdən sonra ümumi zərərin qiymətləndirilməsi başa çatmaq üzrədir.


Türkiyə Prezidenti vurğulayıb ki, gündəlik 2 milyon 400 min nəfərə isti yemək verilir.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.