Türkiyədə zəlzələ ilə bağlı 340 nəfərdən çox saxlanılan var - MÜXTƏLİF İTTİHAMLARLA

Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra 340-dan çox insan müxtəlif ittihamlarla həbs edilib.

 

Bu barədə "TRT Haber" məlumat verib.

 

Zəlzələdən zərər çəkmiş vilayətlərdə sökülən və ya yenidən inşa edilən binalarla bağlı aparılan araşdırmalar çərçivəsində 160 şübhəli həbs edilib. Oğurluq istintaqı çərçivəsində həbs olunanların sayı isə 181-ə yüksəlib.

 

Baş Prokurorluğun 11 vilayətdə başlatdığı araşdırmalar nəticəsində dağılan və ya qanun pozuntusu ilə yenidən tikilən binalarla bağlı 564 şübhəli müəyyən edilib. 175 şübhəli barəsində məhkəmə nəzarəti həyata keçirilib. Bundan başqa, 71 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Baş Prokurorluğun göstərişi ilə 18 nəfər hələ də həbsdədir, 11 şübhəlinin öldüyü elan edilib. İstintaq zamanı 6 şübhəlinin xaricdə olduğu məlum olub, 62 şübhəli isə ifadələrindən sonra sərbəst buraxılıb.

 

Soyğunçuluqla bağlı aparılan araşdırmalar nəticəsində 351 hadisədə 282 şübhəli müəyyən edilib. Bu şübhəlilərdən 181-i məhkəmə tərəfindən həbs edilib, 35-i isə məhkəmə nəzarətinə verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.