Ermənistanın baş naziri Nikol Paşinyan və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Senzor.az bildirir ki, bu barədə erməni hökuməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Qarabağda, xüsusən Laçın dəhlizində son vəziyyəti, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasını, Laçın dəhlizinə BMT-nin faktaraşdırıcı missiyasının göndərilməsi imkanını və digər məsələləri müzakirə ediblər.