"Vardanyanın Qarabağa aidiyyəti olmayıb" - AZƏRBAYCAN XİN BAŞÇISI
YENİLƏNİB

"Vardanyanın Qarabağa aidiyyəti olmayıb".


Bunu xarici işlər naziri Ceyhun Bayramov Qarabağdakı erməni separatçılarından Ruben Vardanyanın "vəzifədən azad edilməsi"nə münasibət bildirərkən deyib.


Nazir bildirib ki, Azərbaycan II Qarabağ müharibəsindən sonra sülh gündəliyi barədə danışır:


"Artıq dövlətimiz tarixin qara səhifəsini çevirib gələcəyə baxışı nümayiş etdirməyə hazır olduğunu bildirib. Bu kontekstdə Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan cəmiyyətinə ictimai, siyasi və iqtisadi səviyyədə inteqrasiya işlərinə başlamağa hazır olduğunu və Azərbaycanın suverenliyi ilə bölgənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin ilk gündən açıq, məntiqli və davamlı mesajları olub. Düşünürəm ki, hər kəs bunu qəbul edib. Ona görə özünü erməni əhalisinin nümayəndəsi kimi təqdim etməyə çalışan şəxslə bağlı Azərbaycanın mövqeyi ondan ibarət oldu ki, biz əhalinin nümayəndələri ilə danışmağa hazırıq. Ancaq kənardan gəlib özünü salmış və ya saldırmış, kimlərinsə oyununu oynayan Qarabağa heç bir aidiyyəti olmayan şəxs bizim üçün tərəf müqabili ola bilməz. Vardanyanın həmin mövqedə yer alması mümkünsüz idi. Bu, bir neçə ay çəkdi. Onun arxasında duranlar da başa düşdü ki, bu layihənin heç bir perspektivi yoxdur. Ümumiyyətlə reinteqrasiya prosesi ilə bağlı qərarlar müzakirə edilən zaman dəfələrlə deyilib ki, bu, Azərbaycan Konstitusiyasına və onun tərəf olduğu beynəlxalq müqavilələrə uyğun formatlarda həyata keçiriləcək. Belə olanda həmin əraizdə yaşayan vətəndaşlara şamil olunmalıdır. Bilirsiniz ki, Ermənistan uzun müddət qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Hesab edirəm ki, Vardanyanla qanunsuz məskunlaşanlar arasında heç bir fərq yoxdur. Çünki onun Qarabağa aidiyyəti olmayıb".

**17:30

"İkinci Qarabağ müharibəsi zamanı Bərdə və Gəncəni raket atəşinə tutmaqla Ermənistan Xocalıdan sonra da Azərbaycanın dinc əhalisinə qarşı vəhşiliklər törətməkdə davam edib”.


Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.


XİN rəhbəri vurğulayıb ki, Azərbaycandan fərqli olaraq Ermənistan münasibətlərin normallaşdırılması prosesini pozmaqda davam edir: “Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, seçdiyi yolu dəyişməli və işğalçı siyasətindən əl çəkməlidir”. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.