Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir?
UKRAYNA BAŞ QƏRARGAHI MƏLUMAT YAYDI

"Rusiya Çeçenistanda məcburi səfərbərlik həyata keçirir".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı gündəlik operativ məlumat bülletenində belə deyilir.

 

Qeyd olunur ki, səfərbərliyə cəlb olunanların mümkün fərariliyi və ya təxribatlarının qarşısını almaq üçün xüsusi təyinatlı alayın 200-dək polisi Baxmut istiqamətinə göndərilib.

 

Məlumatda həmçinin Müdafiə Qüvvələrinin bölmələrinin gün ərzində 1 Mi-24 hücum helikopterini və düşmənin 4 hava hücumundan müdafiə sisemini məhv etdiyi bildirilib: "Ukrayna aviasiyası işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 20 zərbə endirib. Topçularımız və reaktiv yaylım atəş sistemlərimiz idarəetmə məntəqəsinə, düşmənin canlı qüvvəsinin cəmləşdiyi 2 əraziyə və 3 sursat anbarına zərbələr endirib".

 

Operativ məlumatda qeyd olunub ki, son sutkada qarşı tərəfin 70-ə yaxın hücumu dəf edilib.

 

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə bir il əvvəl-ötən il fevralın 24-də başlayıb. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.