Rusiya sülhməramlıları Rusiya Federasiyasının daha 49 vətəndaşını, o cümlədən 6 uşağı Qarabağdan Ermənistana təxliyə ediblər.
Bu barədə RCC telekanalı xəbər yayıb.
Musavat.com xatırladır ki, yanvar və fevral aylarında 100-dən artıq rus Qarabağdan çıxarılaraq Ermənistana aparılıb. Onların Qarabağa hansı məqsədlə köçürüldüyü bu günədək açıqlanmayıb.