Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Gülər Kahramanmaraşdakı səhra xəstəxanasında azərbaycanlı hərbçilərlə görüşüblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Akar zəlzələnin təsirlərinin aradan qaldırılması üçün Türkiyəyə gedən hərbi həkimlər və tibb bacılarına təşəkkür edib: “Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində necə tək yumruq, tək ürək olduqsa, indi də fərqli mübarizəni eyni formada davam etdiririk. Biz kədərdə də, sevincdə də birlikdəyik. Sağ olun, var olun. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”, - nazir hərbçilərlə görüşdə bildirib.