Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov artıq fəaliyyətinə başlayıb.
Bu barədə səfir öz “Tvitter” səhifəsində paylaşım edib.
O, ilk tvitində İsraili salamlayıb: “Şalom, İsrail!”
Axar.az xatırladır ki, yanvarın 11-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Muxtar Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.