Krımda güclü partlayışlar
RUSİYA HƏRBÇİLƏRİ AİLƏLƏRİNİ YARIMADADAN ÇIXARIRLAR

Martın 1-də Krımın cənubunda güclü partlayış səsləri eşidilib. 

 

Senzor.az yerli teleqram kanallarına istinadən bildirir ki, partlayışların səbəbi hələlik məlum deyil.

 

Sosial şəbəkə istifadəçiləri yazırlar ki, partlayış səsi Yalta, Gurzuf və digər yaşayış məntəqələrinin sakinləri tərəfindən eşidilib.

 

Onlar partlayışlar fonunda uçan təyyarə  səsləri də eşidiblər.

 

Bundan əlavə, Baxçasaray sakinləri də partlayış səsi eşitdiklərini deyiblər. Onların sözlərinə görə, partlayış səsi Simferopolskaya küçəsindəki hərbi hissənin ərazisindən gəlib...

 

Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində Rusiya hərbçilərinin öz ailələrini müvəqqəti işğal olunmuş Krım yarımadasından təxliyə etdikləri barədə məlumat yayıb. 

Bildirilib ki, söhbət xüsusilə Perevalnıda olan hərbçilərdən gedir.

 

“Müəyyən kateqoriyadan olan vətəndaşların müvəqqəti işğal olunmuş Krımdan növbəti təxliyəsi qeydə alınıb. Son vaxtlar Perevalnıda yerləşdirilən rusiyalı hərbçilər öz ailələrini Rusiyaya göndərirlər”, - deyə məlumatda qeyd edilib.

 

Həmçinin məlumat verilib ki, yarımadanın özündə rusiyalılar müdafiəyə hazırlaşır və istehkamlar qururlar.

 

Amerikalı general Ben Qodcesin proqnozlarına görə, Krım yayın sonuna qədər Rusiya işğalından azad oluna bilər. Bu o halda baş verə bilər ki, Ukrayna ordusu müttəfiqlərdən lazımi silahları alsın.

 

Cənub Müdafiə Qüvvələrinin Birləşmiş Koordinasiya Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk isə hesab edir ki, Krım uğrunda şiddətli döyüşlər olmayacaq, bu ərazi başqa ssenari üzrə işğaldan azad ediləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.