Gürcüstandan keçən və Rusiya ilə Ermənistanı birləşdirən Yuxarı Lars yolu bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar qadağa tətbiq edilib.
Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.