İşğaldan azad olunmuş ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə əhəmiyyətli layihələr həyata keçirilir.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. Nazir müavini bu layihələr arasında strateji layihələri xüsusilə qeyd edib.
“Bunlar Füzuli və Zəngilan hava limanı, Əhmədbəyli-Şuşa - Zəfər yolu bu layihələr arasında xüsusi əhəmiyyətli ilə seçilir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətli dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir”, - deyə nazir müavini vurğulayıb.