Türkiyə müxalifətinin formalaşdırdığı "Altılı masa"nın iclası başa çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclasda Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədinin CHP lideri Kamal Kılıçdaroğlu olması barədə qərar qəbul edilib.
İclas Səadət Partiyasının qərargahında keçirilib. Görüşdə Səadət Partiyasının sədri Temel Karamollaoğlu, CHP lideri Kamal Kılıçdaroğlu, İYİ partiyasının sədri Meral Akşener, DEVA partiyasının sədri Ali Babacan, Gələcək partiyasının lideri Ahmet Davutoğlu və Demokrat partiyasının lideri Gültekin Uysal iştirak ediblər.
Görüşdən sonra çıxış edən Karamollaoğlu vahid namizədin Kılıçdaroğlu olması barədə razılığa gəldiklərini deyib.
Kılıçdaroğlu seçiləcəyi təqdirdə digər partiya sədrlərinin vitse-prezident olacağını bildirib.
Qeyd edək ki, seçkilər mayın 14-də keçiriləcək. Prezident seçkiləri barədə qərar martın 10-da qəbul ediləcək.
Onu da qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının prezidentliyə namizədi hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır.