Səudiyyə Ərəbistanından Türkiyəyə inanılmaz jest
5 MİLYARD DOLLAR DEPOZİT...

Səudiyyə Ərəbistanı və Türkiyə arasında Səudiyyə İnkişaf Fondu (SFD) vasitəsilə Türkiyə Mərkəzi Bankına 5 milyard dollar depozit qoyulması üzrə müqavilə imzalanıb. 

 

Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd bin Abdulla Əl-Cədaan “Saudi Gazette” nəşrinə açıqlamasında bildirib ki, ölkəsi dekabr ayında bu depoziti yerləşdirmək niyyətindədir.

 

Qeyd edək ki, Türkiyənin cənub bölgəsində baş verən və 46 mindən çox insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra Mərkəzi Bank təxminən 8,5 milyard dollar itirib. Son məlumatlara görə, Türkiyə Mərkəzi Bankının xalis beynəlxalq valyuta ehtiyatları son bir həftə ərzində təxminən 1,4 milyard dollar azalaraq, 20,2 milyard dollara düşüb.

 

Səudiyyə Ərəbistanının Türkiyə ilə münasibətlərinin normallaşması nəticəsində Ər-Riyad bu çətin vəziyyətdə Ankaraya yardım əlini uzadıb. Depozit müqaviləsini SFD-nin sədri və Səudiyyə Ərəbistanının turizm naziri Əhməd Aqil əl-Xatib və Türkiyə Mərkəzi Bankının sədri Şahab Kavçıoğlu imzalayıblar.


Senzor.az xatırladır ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər son on ildə pisləşib, lakin indi hər iki ölkə əlaqələri yenidən qurmaqda maraqlıdır. Prezident Rəcəb Tayyib Ərdoğan ötən həftə Balidə keçirilən G-20 liderlər zirvəsi çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.

 

Səudiyyə Ərəbistanının vəliəhdi də uzun illərdən sonra bu il ilk dəfə Türkiyəyə səfər edərək Prezident Ərdoğanla danışıqlar aparıb.

 

Birgə bəyanata görə, liderlər bir çox sahələrdə hərtərəfli əməkdaşlığın yeni dövrünü başlamaq əzmində olduqlarını vurğulayıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.