Gürcüstan parlamenti qalmaqallı qanun layihəsini qəbul etdi - MİNLƏRLƏ ETİRAZÇI KÜÇƏLƏRƏ AXIŞDI
VİDEO, FOTO

Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı polislə etirazçılar arasında insident baş verib.

 

Senzor.az bildirir ki, polis etirazçıların parlament binasına daxil olmalarına imkan verməyib.

 

Etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə olunub, yaralananlar var.

Parlamentin binası daxilində də gərginlik var. Belə ki, müxalifətdən olan deputatlar parlamentin sədri ilə görüşməyə cəhd ediblər. Mühafizəçilər görüşə icazə verməyib və qarşıdurma yaşanıb.

 

Qeyd edək ki, qarşıdurma “Ağmaşenebeli strategiyası” partiyasının deputatı Paata Mandjqalidzenin bəyanatından sonra başlayıb. Belə ki, P.Mandjqaladze keçirdiyi brifinqdə müxalifətin sona qədər, o cümlədən fiziki olaraq mübarizə aparacağını deyib.

 

O, vətəndaşları parlamentə gəlməyə çağırıb.

 

Hazırda aksiya davam edir, etirazçılar mərkəzi Rustaveli prospektini bağlayıblar.

 

Qeyd edək ki, etirazlara səbəb Gürcüstan parlamentinin qalmaqallı “xarici agentlər” haqqında qanun layihəsini ilk oxunuşda qəbul etməsidir. 

Parlamentin sədri Şalva Papuaşvilinin verdiyi məlumata görə, 76 deputat qanun layihəsinin lehinə, 13-ü əleyhinə səs verib.

.

Yeri gəlmişkən, Gürcüstandakı ABŞ səfirliyi bu günü "demokratiyanın qara günü" adlandırıb.

 

Qeyd edək ki, qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri-hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar.  

Gürcüstan müxalifəti, Prezident, ABŞ Dövlət Departamenti, Avropa İttifaqının Xarici Xidməti, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və BMT-nin Gürcüstandakı ofisi qanun layihəsini tənqid ediblər.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.