Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud Şuşa şəhərində səfərdə olub.
Bu barədə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tviterdə paylaşım edib.
"Gəzinti zamanı qonağa erməni işğalı nəticəsində dağıdılmış və bu gün bərpa edilməkdə olan tarixi abidələr, tikilən yaşayış kompleksləri haqqında geniş informasiya verilib", - A.Kərimov qeyd edib.
@kfcris_en Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud Şuşa şəhərində səfərdə olub. Gəzinti zamanı qonağa erməni işğalı nəticəsində dağıdılmış və bu gün bərpa edilməkdə olan tarixi abidələr, tikilən yaşayış kompleksləri haqqında geniş informasiya verilib. pic.twitter.com/hH44U3qgwE
— Aydin Karimov (@AydinKerimov_Az) March 8, 2023
**15:45
"İşğaldan azad olunmuş Qarabağ bölgəsinə səfər etməyimə şərait yaratdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Otuz illik işğal dövründə bu ərazilərdə törədilmiş dağıntıları gördüm, bütün bunlar ağlasılmazdır".
Senzor.az xəbər verir ki, bu fikirləri Səudiyyə Ərəbistanının Kral Faysalın İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Faysal Al Saud martın 8-də Füzuli rayonuna səfəri zamanı AZƏRTAC-a müsahibəsində deyib.
Dağıntıların misli görünməmiş barbarlıq nümunəsi olduğunu vurğulayan qonaq Azərbaycan xalqının əzmkarlığı ilə Qarabağın bərpası və yenidən qurulması işlərinin davam etdirildiyini və bu ərazilərin Azərbaycanın inkişaf etmiş regionuna çevriləcəyinə əminliyini bildirib.
“İşğaldan azad olunmuş ərazilərdə bir vaxtlar yaşamış insanların doğma yurdlarına yenidən qayıtması, eləcə də digər insanların buraya gəlib fəaliyyət göstərmələri üçün ən vacib məsələlərdən biri də minaların təmizlənməsi prosesidir. Buranın çox münbit torpağı var. Ona görə də burada təkcə sənaye üçün deyil, kənd təsərrüfatının inkişafı üçün də əlverişli şərait var”, - Turki Al Faysal qeyd edib.