Tbilisidəki aksiyada Rusiya bayrağı yandırıldı, hökumətin istefası tələb olundu - GÜRCÜSTAN PREZİDENTİ ETİRAZÇILARI TƏBRİK ETDİ
YENİLƏNİB, VİDEO/ FOTO

Tbilisidə parlament binası qarşısında etiraz aksiyaları davam edir. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiya zamanı iştirakçılar Rusiya bayrağını yandırıblar.

Bu arada Gürcüstan Prezidenti Salome Zurabişvili qələbə münasibətilə aksiya iştirakçılarını təbrik edib və aksiyanın davam etdirilməsini dəstəkləyib.

 

Dövlət başçısı bildirib ki, hakimiyyət xalqın real gücünü nəzərə alaraq belə bir qərar verdi: “İlk növbədə, cəmiyyəti belə ilk qələbə münasibətilə təbrik etmək istəyirəm. Mən hakimiyyətin qanunu geri götürmək üçün qəbul etdiyi düzgün qərarı alqışlayıram. Bu, onların xalqın real gücünü nəzərə almaq qərarıdır". 

O qeyd edib ki, Tbilisi küçələrində yaranan birlik hakimiyyəti xalqın səsini nəzərə almağa və Avropa yolunu seçməyə məcbur edib.

 

Qeyd edək ki, kütləvi etirazlar fonunda hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası “xarici agentlərlə” bağlı qalmaqallı qanun layihəsini ölkə parlamentindən geri götürmək qərarına gəlib.

 

Bununla belə, etirazlar davam edir və aksiya iştirakçıları “Xarici agentlər haqqında" qanun layihəsinin geri götürülməsi ilə bağlı prosedurların başa çatdırılmasını, aksiyalar zamanı saxlanılanların hamısının azadlığa buraxılmasını və hökumətin istefasını tələb edirlər.

 

Yeri gəlmişkən, sonuncu tələblə mitinqdə Gürcüstan ordusunun bir qrup hərbçi veteranı çıxış edib. Onlar hökumətin istefası ilə yanaşı, növbədənkənar parlament seçkilərinin təyin edilməsini də tələb ediblər. Müxalifət liderləri bu tələbi dəstəkləyərək, həmin hərbçilərlə həmrəy olduqlarını bildiriblər.

 

**22:54(09.03.2023)



Tbilisidə parlament binası qarşısında yenidən aksiya başlayıb, Rustaveli prospekti bu səbəbdən bağlanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, aksiya iştirakçıları “xarici agentlər” haqqında qanun layihələrinin geri götürülməsi ilə bağlı prosedurların başa çatdırılması və aksiyalar zamanı saxlanılanların hamısının azadlığa buraxılmasını istəyirlər.

 

Aksiyanın təşkilatçıları mümkün təxribatlarla bağlı iştirakçılara xəbərdarlıq edib və onlara reaksiya verməməyə çağırıblar.

  

Məlumata görə, parlament binası qarşısında minlərlə iştirakçı toplanıb.

 

Qeydedək ki, bu arada Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti martın 7-də və 8-də parlament binası yaxınlığında saxlanılan bütün etirazçıların sərbəst buraxıldığı barədə məlumat yayıb. 

 

“Martın 7-də və 8-də parlamentə bitişik ərazidə keçirilən etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyinin müxtəlif struktur bölmələri tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb. Saxlanılanların bəziləri məhkəmə qarşısına çıxarılıb, qalan şəxslər isə qanunla müəyyən edilmiş istintaq təcridxanasında qalma müddətindən sonra azadlığa buraxılıblar”, - deyə məlumatda vurğulanıb.


Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.