ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə müşaviri İrəvandan sonra niyə Bakıya qayıtdı?
YENİLƏNİB, FOTO

Xəbər verdiyimiz kimi, martın 10-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə müşaviri Luis Bono gözlənilmədən Bakıya qayıdıb və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

  

Xatırladaq ki, Bono bazar ertəsi Bakıda olmuş, sonra İrəvana getmiş və orada Ermənistan rəhbərliyi ilə görüşlər keçirmişdi.

 

Maraqlıdır, bəs o, niyə Bakıya qayıdıb?

 

Turan agentliyinin bununla bağlı sorğusuna cavab olaraq ABŞ-ın Bakıdakı səfirliyinin nümayəndəsi deyib: "O bu həftənin əvvəlində ölkədən kənarda olan xarici işlər naziri Ceyhun Bayramovla əlavə görüş üçün Bakıya qayıdıb.

 

Baş müşavir həm İrəvanda, həm də Bakıda sülh prosesini təşviq etmək üçün yüksək vəzifəli şəxslərlə görüşüb.

 

Hələ regionda olduğu müddətdə Bono xarici işlər naziri Bayramovla görüşmək imkanını yüksək qiymətləndirib.

 

Bono hər iki ölkədə mətbuat qarşısındakı çıxışlarında deyib ki, ABŞ davamlı sülhə nail olunmasında Azərbaycan və Ermənistana kömək etməyə çalışır".

 

**18:41


"Ermənistanın öhdəliklərini yerinə yetirmir, hərbi təxribatlarını davam etdirir".


Senzor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 10-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşü zamanı bildirib


Görüş zamanı Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti, Münxen təhlükəsizlik konfransı zamanı liderlər arasında keçirilmiş görüşdən irəli gələn məsələlər, Naxçıvana maneəsiz keçidi təmin edəcək kommunikasiyanın təmin edilməsi və delimitasiya prosesi üzrə cari vəziyyət və perspektivlər müzakirə olunub.

C.Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, mütəmadi hərbi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb. Nazir eyni zamanda, erməni sakinlərin reinteqrasiyası məsələsi üzrə ölkəmizin baxışları barədə qarşı tərəfə məlumat verib.


Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.