"Meta" şirkəti yeni sosial şəbəkənin yaradılması üzərində işləyir.
Senzor.az bildirir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
"Biz insanlara real vaxt rejimində yazılı mesajlar mübadiləsi etməyə imkan verəcək mərkəzləşdirilməmiş və müstəqil sosial şəbəkənin yaradılmasını nəzərdən keçiririk", - şirkətin açıqlamasında deyilir.
Yeni platformasının "Twitter" mikrobloqlar şəbəkəsinə bənzəyəcəyi bildirilir.
“Platformer” nəşrinin məlumatına görə, sosial şəbəkə ilkin inkişaf mərhələsindədir, onun istifadəyə verilmə tarixi barədə məlumat yoxdur.
Layihəyə İnstaqramın rəhbəri Adam Mosseri başçılıq edib.
Xatırladaq ki, “Meta” şirkəti "Facebook" və "Instaqram" sosial şəbəkələrinin sahibidir.