Laçın-Xankəndi yolu: ekoaksiya bu gecə saatlarında da davam edir
YENİLƏNİB, FOTO


Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Laçın-Xankəndi yolunda 93 gün əvvəl başlayan etiraz aksiyası bu gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir.

 

Senzor.az bildirir ki, ekofəallar və könüllülər həmişə olduğu kimi indi də bir neçə dildə şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa, ekoloji terrora son qoyulmasına dəstək verməyə çağırırlar. 

 

Aksiya iştirakçılarının şüarları dəyişməyib: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!".    

 

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda, ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yeri gəlmişkən, bu gün Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 92 təminat-təchizat və minik avtomobili maneəsiz keçib. 

Bundan əlavə, BQXK-ya məxsus 8 minik və 6 yük avtomobili səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə 8 minik və 1 yük avtomobili Xankəndiyə qayıdıb. Avtomobillərin içərisində erməniəsilli şəxslər olub. Beləliklə, ötən gün aksiya ərazisindən 115 avtomobilin sərbəst hərəkəti təmin edilib.


Bunlar bir daha göstərir ki, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

 

**10:44


Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşada, Laçın-Xankəndi yolunda keçən ilin 12 dekabrından başlayan etiraz aksiyası ötən gecə boyu da davam edib.

 

Senzor.az bildirir ki, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

 

Təhlükəsizlik qaydalarına ciddi əməl olunan toplanış yerində bu dəfə də heç bir insident baş verməyib. 

 

Ekofəallar yenə də yolda nəqliyyatın hərəkətinə mane olmadan üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirir və dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. 

 

Aksiya iştirakçılarının şüarları dəyişməyib: “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!".     

 

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə, əvvəlcədən olduğu kimi, yenə də  heç bir maneə yoxdur. Yeri gəlmişkən, martın 13-də gün ərzində Rusiya sülhməramlılarına məxsus 71 nəqliyyat vasitəsi hər iki istiqamətə maneəsiz hərəkət edib.  

Bu gün səhər tezdən indiyədək isə Rusiya sülhməramlılarına məxsus daha 28 maşının maneəsiz keçidi təmin olunub.

 

Bunlar bir daha göstərir ki, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

 

Xatırladaq ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları 93-cü gündür ki, yüksək əzm, mətanət və qətiyyət nümayiş etdirirlər. 

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.