“Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə ilk köməyə gələn türk dövlətləri oldu”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə deyib.
Dövlət başçısı göstərilən dəstəyə görə türk dövlətlərinə təşəkkür edib: “Bizə lazımi dəstək göstərildi, tək qalmadıq”.
**13:47
Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) fövqəladə Zirvə Görüşü başlayıb.
“Anadolu” xəbər verir ki, Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri - Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edirlər.
Ötən il keçirilən Səmərqənd Zirvə Görüşündə müşahidəçi statusu alan Şimali Kipr Türk Respublikası hazırkı toplantıda ilk dəfə iştirak edir.
Fevralın 6-da Türkiyədə baş verən böyük zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, gündəmdə olan ortaq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Ərdoğanın Zirvə Görüşü çərçivəsində həmkarları ilə də ikitərəfli görüşləri nəzərdə tutulub.
Zirvə Görüşündən sonra mətbuat konfransı keçiriləcək.
**09:40
Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Fövqəladə Zirvə Görüşü keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər.
Ötən il keçirilən Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan Şimali Kipr Türk Respublikası zirvə görüşündə ilk dəfə iştirak edəcək.
Fevralın 6-da Türkiyədə yaşanan böyük zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən toplantıda fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, gündəmdə olan ortaq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Ərdoğanın Zirvə Görüşü çərçivəsində həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, Zirvə Görüşündən sonra mətbuat konfransı keçiriləcək.
Onu da əlavə edək ki, bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının da iclası keçiriləcək.