Parisdə pensiya islahatına qarşı etiraz aksiyaları - 217 NƏFƏR SAXLANILIB
YENİLƏNİB, VİDEO


Fransanın paytaxtı Paris şəhərində pensiya islahatına qarşı keçirilən etiraz aksiyaları zamanı azı 217 nəfər saxlanılıb.

 

Bu barədə “Le Figaro” məlumat yayıb.

 

Qeyd olunub ki, Parisdə mitinqlərin dağıdılması zamanı etirazçılar avtomobilləri və küçələrdə yığılan zibilləri yandırmağa başlayıblar.

 

Polisin etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

 

**01:28


Fransada pensiya islahatları haqda qanunun parlamentdə səsvermədən yan keçməklə qəbulu barədə ölkənin Baş naziri Elizabet Bornun qərarından sonra insanlar etiraz əlaməti olaraq küçələrə çıxıblar. 

 

Senzor.az xarici KİV-ə istnadən bildirir ki, hazırda "Place de la Concorde" meydanına minlərlə insan toplaşıb, bəziləri artıq əllərində hökumətin istefasını tələb edən plakatlar tutublar. Vəziyyətin gərgin olduğu, hüquq-mühafizə orqanları  əməkdaşlarının barrikada qurduğu, bəzi etirazçıların məşəl yandırdığı və polisə müxtəlif əşyalar, pirotexniki vasitələr  atdığı, polisin isə aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.


Qeyd edək ki, Fransanın Baş naziri Elizabet Born cümə axşamı günü hökumətin ölkə konstitusiyasının 49.3-cü maddəsinə uyğun olaraq, Milli Assambleyanın razılığı olmadan təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatı haqda qanun layihəsini qəbul etdiyi barədə qərarını açıqlayıb.

 

Açıqlamadan sonra ifrat sağçı Milli Birlik Partiyasının rəhbəri Marin Le Pen hökumətə etimadsızlıq səsverməsi üçün müraciət edəcəyini bildirib. “Le Figaro” qəzeti yazıb ki, deputatların müvafiq prosedur-sorğu təqdim etmək üçün 24 saat vaxtı var. Müraciət təqdim olunarsa, gələn həftənin bazar ertəsi, martın 20-də məsələ müzakirə oluna bilər.

 

Bu arada ölkənin ən böyük həmkarlar ittifaqının - “Ümumi Əmək Konfederasiyası”nın nümayəndəsi Ketrin Perret bildirib ki, qurumun yığıncağında pensiya islahatlarının geri götürülməsi tələbinin davam etdiriləcəyi ilə bağlı qərar qəbul olunub. Həmkarlar ittifaqı, həmçinin böyük tətil və nümayişlərin martın 23-də keçirilməsinin tərəfdarıdır.

 

Senzor.az







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.